Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinə Moskva-Bakı aviareysi ilə dərman vasitələri, xəz dəri məmulatları, mobil telefonların və digər malların gömrük nəzarətindən yayındırılmaqla ölkə ərazisinə gətiriləcəyi barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsindən BUTA.TV-a bildirilib ki, əməliyyat qrupu tərəfindən həmin malları gətirən Azərbaycan Respublikası vətəndaşı “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən baxış keçirilməsi məqsədilə ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.
Baxış zamanı şəxsə məxsus çantalardan 13 ədəd xəz dəri məmulatları, 6 ədəd “Ayfon” markalı mobil telefon, 200 ədəd iynə (botoks), 85 ədəd müxtəlif növ dərman preparatları, 18 qutu elektron tütün məmulatı, 68 ədəd qəylan tütünü, 6 dəst Almaniya istehsalı olan qab-qacaq, müxtəlif növ elektronik əşyalar və yeyinti məhsulları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
- Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir
- Paşinyan Bakı ilə razılaşmadan danışdı
- Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
- KİV: İrəvan Bakı qarşısında silahlarla bağlı öhdəlik götürüb
- Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok
- “Sədərək”də yanğın gecə saatlarında şiddətləndi - Video
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...