Xocalı şəhəri lokal uğurlu antiterror tədbirlərindən sonra nəzarətimizə keçdi. Ölkənin hər yerində olduğu kimi, Xocalıda da genişçaplı yenidənqurma prosesinə başlanıldı.
BUTA.TV xəbər verir ki, bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Elman Məmədov deyib.
O bildirib ki, hazırda Xocalıda təhlükəsizlik və digər tədbirlər həyata keçirilir:
“Əraziyə hərbçilər nəzarət etsə də, Xocalı şəhər polisləri də cəlb edildi. Bu gün polislərimiz orada fəaliyyət göstərirlər. Bundan başqa, ərazidə genişçaplı təhlükəsizlik təbdirləri görülür. Xüsusilə mina və partlamamış silah-sursat zərərsizləşdirilib.
Bərpa prosesi çərçivəsində Xocalıda mühüm işlər görülür. Dağıdılmış infrastruktur yenilənir. Artıq bir çox dövlət müəssisəsinin də fəaliyyəti bərpa edilib. Hesab edirəm, qısa zamanda xocalılılar öz torpaqlarına qayıdıb, əvvəlki kimi təhlükəsizlikdə yaşayacaqlar”.
Deputat deyib ki, Xocalıya getmək üçün müraciət etsə də, hələlik bu səfər məqsədəuyğun hesab edilməyib:
“Çünki hazırda orada genişmiqyaslı işlər görülür. Gec-tez ora qayıdacağıq. Hər bir xocalılının arzusu budur”.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video