Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
- Dənizdə batan digər qardaşın da meyiti tapıldı
- Təmərküzləşmə ilə bağlı qaydalar təsdiqləndi
- Əmisi ilə dənizdə batan yeniyətmənin meyiti tapıldı
- 2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
- Ağdamda yanğını bu şəxs törədibmiş – PUA görüntüsü
- Bakıda avtomobil neft quyusuna düşdü - Video
- MİDA güzəştli mənzilləri satışa çıxarır – Bu tarixdə
- SOCAR-da kütləvi ixtisarlar gedir? - Rəsmi