Rusiyada araq istehsalı azaldı

10:24 - 8 Dekabr 2023 - GÜNDƏM

 Rusiyada araq istehsalı azaldı

Yanvar-noyabr aylarında Rusiyada araq istehsalı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 4,7% azalaraq 71,9 milyon dekalitr, konyak istehsalı 3,9% artaraq 7,8 milyon dekalitr təşkil edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Alkoqol və Tütün Bazarlarına Nəzarət Federal Xidmətindən verilən məlumatda bildirilib.

Məlumata görə, yanvar-noyabr aylarında alkoqollu məhsulların istehsalı (pivə, sidr istisna olmaqla) 172,5 milyon dekalitr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azdır. O cümlədən dərəcəsi 9 faizdən yuxarı olan spirtli içkilərin istehsalı 3,4 faiz azalaraq 99,98 milyon dekalitr təşkil edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol