Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı, iki ölkənin əsirləri dəyişdirməsi də daxil olmaqla, Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması, eləcə də sərhədlərin demarkasiyası və delimitasiyası istiqamətində atılan addımdır.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Vadim Muxanov deyib.
“Bütün bunlar Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda verdiyi bəyanatlara uyğundur. Xüsusilə, Ermənistanın Baş naziri bildirib ki, onlar indi Azərbaycanla sülh sazişi imzalamağa qeyri-adi dərəcədə yaxındırlar. Digər tərəfdən, Azərbaycan dəfələrlə Ermənistanla hərtərəfli sülh sazişi imzalamaq istədiyini bildirib. Aydındır ki, bu, məhz bu sənədə doğru bir addımdır”, - o bildirib.
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
- Bağçalara növbəyə yazılma dayandırılır
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu
- AEM-dən xəbərdarlıq: Bu məlumatlar saxtadır - Foto
- Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
- Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - Video