Bakı ilə İrəvanın yaydığı birgə bəyanat... - Afina

18:44 - 8 Dekabr 2023 - GÜNDƏM

 Bakı ilə İrəvanın yaydığı birgə bəyanat... - Afina

Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritislə erməni həmkarı Ararat Mirzoyan arasında telefonla danışığı baş tutub.

BUTA.TV xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yunan nazir Ermənistanla Azərbaycanın dekabrın 7-də yaydığı birgə bəyanatı alqışlayıb.

Bundan başqa, nazirlər Yunanıstan və Türkiyə Ali Əməkdaşlıq Şurasının dünən keçirilən iclasının nəticələrini müzakirə ediblər.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

A.Mirzoyan yunan həmkarını İrəvana səfərə dəvət edib.

Gerapetritis dəvəti qəbul edib və səfərin diplomatik kanallarla planlaşdırılacağını bildirib.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol