Bu il 17 martda Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putin haqda həbs qərarı çıxarmasından sonra Kreml sahibi br çox ölkəyə səfər edib.
BUTA.TV xəbər verir ki, oktyabrın 12-13-də Putin Qırğızıstanda, oktyabrın 17-18-də Pekində, noyabrın 9-10-da Astanada rəsmi səfərdə olub. Noyabrın 23-də KTMT-nin sammitində iştirak üçün Belarusa gedən Putin dekabrın 6-da BƏƏ-yə, oradan isə Səudiyyə Ərəbistanına səfər edib.
Putnin səfər etdyi ölkələrin heç biri Roma Statutunu ratifikasiya etmədiyindən, ona hər hansı təhlükə də yoxdur. Buna baxmayaraq, 2022-ci il 24 fevralında Ukraynada “xüsusi hərbi əməliyyat” başladıqdan sonra xarici səfərlərdən yayınan Putinin oktyabrdan sonra aktivləşməsi diqqət çəkib. Beynəlxalq ekspertlərin fikrincə, Putin artıq Ukraynada qələbəni təmin edib, indi isə birbaşa xarici səfərlərlə Rusiyanın müttəfiqlərinin sayını artırır və Qərbə qarşı koalisiya formalaşdırır.
Qeyd edək ki, Ermənistan Roma Statutunu ratifikasiya edib.
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi
- Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı
- Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...
- Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi
- İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır
- Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır
- FHN “açıq qapı günü” tədbiri keçirdi - Video