Öz evlərini tərk etmiş insanlara (Qarabağ erməniləri – Red.) gəldikdə, əvvəlcə, bu, onların öz qərarı idi. Qarabağ erməniləri ilə bağlı ictimaiyyətə verdiyimiz bəyanat və sonradan atdığımız addımlar göstərdi ki, biz istəyirdik onlar qalsınlar. Biz açıq şəkildə elan etdik və mən antiterror əməliyyatı başa çatdıqdan sonra Azərbaycan xalqına müraciətimdə bildirdim ki, onlar qala bilər.
BUTA.TV xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Avronyus” televiziyasına müsahibəsində deyib.
Azərbaycanın bunun üçün elektron qeydiyyat portalı açdığını vurğulayan dövlətimizin başçısı bildirib ki, qayıtmaq istəyən hər kəsin belə bir hüququ var:
“Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər”.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - Video
- İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında...
- Prezident açılışda - Fotolar
- Kartlara limit qoyuldu: ABA-dan açıqlama
- Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq öldü
- Sabiq nazir Tovuzda dəfn edildi - Foto
- Azərbaycanda yay fəsli oktyabra qədər uzana bilər
- İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı