2023 - qeydə alınan ən isti il kimi tarixə düşəcək.
BUTA.TV xarici mediaya istinadla xəbər verir ki, 2023-ün son 125 min ilin ən isti ili olacağı gözlənilir. Belə ki, orta temperaturun 1,5 dərəcə artdığı bildirilir. Antarktikada buzun sürətli əriməsi alimlərdə təşviş yaradıb. Alimlər Yer kürəsində 25-dən çox kritik məqamı müəyyən ediblər. Bunlardan altısı Qrenlandiyada və Antarktidanın müxtəlif hissələrində nəhəng buz təbəqələrinin dağılması, həmçinin buzlaqlarda yerli əyilmə nöqtələri və əbədi donun açılmasıdır.
On altısı isə biosferə aiddir - o cümlədən Amazon və şimal meşələrinin bəzilərində ağacların kütləvi ölümü, savannaların və quru ərazilərin deqradasiyası, göllərin qida maddələrinin həddən artıq yüklənməsi, mərcan qayalarının məhvi...
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı