Azərbaycanda sosial müavinətlərin təyin olunması və verilməsi hüquqi əsaslarla tənzimlənir.
“BUTA TV” Metbuat.az-a istinadən bildirir ki, müavinət almaq hüquqi yaranan hər bir şəxs müəyyən proseduru keçməklə dövlət tərəfindən ayrılan aylıq və ya birdəfəlik ödənişləri ala bilərlər. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə və "DOST" mərkəzlərinə müraciət edə bilər.
Müavinət almaq hüququ olan şəxslər kimlərdir?
• Azərbaycan Respublikasının vətəndaşları
• Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (Dövlət qulluqçularına ömürlük müavinət istisna olmaqla).
Uşağa görə hansı hallarda aylıq müavinətlər verilir?
Bu sualın və digər bütün suallarınızın cavabını rəsmi məlumatlar əsasında təqdim edirik:
Ailə başçısını itirməyə görə müavinət: https://bit.ly/416WfNo
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət: https://bit.ly/46MBjfT
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət: https://bit.ly/3GvdRt2
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət: https://bit.ly/3t9FfcH
Beşdən çox uşağı olan qadınlara müavinət: https://bit.ly/46IVnQj
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətlər: https://bit.ly/4a60Jrx
Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinətlər: https://bit.ly/3NebyxU
3 yaşınadək uşağa qulluğa görə müavinət: https://bit.ly/4a7XmAm
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar