2023-cü ilin yanvar-noyabr aylarında (11 ay ərzində) ölkəyə 2,2 milyon turist səfər edib. Bu, bizim maksimum rəqəmimizdir.
BUTA.TV xəbər verir ki, bu sözləri “Visit Armenia” turizm şirkətinin direktoru Vladimir Gevorkyan deyib. Buna baxmayaraq, o bildirib ki, söhbət mütəşəkkil turizmdən getmir:
“Turistlərin əksəriyyəti etnik ermənidir. Onların çoxu şəxsi səfərə, qohumlarını ziyarətə gəlir, bəziləri isə bir neçə günlük evinə qayıdır”.
Gevorkyan qeyd edib ki, mütəşəkkil turizm nöqteyi-nəzərindən bu ziyarətçilər turizm şirkətlərinin müştəriləri deyil və qazanc vermirlər.
Qeyd edək ki, Azərbaycana 2023-cü ilin 11 ayı ərzində 1 milyon 893 min nəfər olub. Bu statistikaya azərbaycanlıların da daxil edilib-edilmədiyi haqda məlumat verilməyib.
- Dəfn pulu ilə bağlı rəsmi açıqlama
- İcbari sığorta ilə bağlı yeni qaydalar təsdiqləndi
- Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə
- Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu
- Rövşən Rzayev vətəndaşları qəbul etdi
- Dəmir yolunda təhlükəsizlik belə gücləndirilir - Foto
- Yalnış reklam və etiketləmə halları aşkarlandı - Video
- ATƏT sədri İçərişəhərdə - Foto