Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevə bağlığı ilə tanınan məşhur "Duty Free.az" şirkətinin qanuni təmsilçisi Aslanov Cavid Aqil oğlu bu MMC-nin tabeçiliyində yeni şirkət təsis edib.
Qaynarinfo-nun məlumatına görə, Cavid Aslanovun yeni təsis etdiyi şirkət "Duty Free.az İnternational" Məhdud Məsuliyyətli Cəmiyyətidir. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, ev 150D, mənzi 2078-də yerləşən şirkətin nizamnamə kapitalı 10 manatdır. Ehtimal edilir ki, yeni yaradılan şirkət Azərbaycanda və xaricdə onlayn alış-veriş xidmətləri də göstərəcək. Dolayı yolla şirkət karqo xidmətləri yerinə yetirəcək.
Qeyd edək ki, "Duty Free.az" şirkəti təyyarə bortunda və hava limanlarında rüsumsuz ticarət sistemidir. Xidmətin əsas aparıcı şəxslərindən biri polkovnik Teymurov Arazxan Əbülfət oğlu olduğu deyilir. O, sabiq sədrlərin dövründə yaxın qohum-əqrabasını gömrük orqanlarında müxtəlif vəzifələrdə yerləşdirməklə bu biznesi özəlləşdirə bilib. Son bir il ərzində şirkətdə yoxlamalar aparılsa da, nəticələri barədə məlumat verilməyib.
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
Onu da bildirək ki, Azərbaycanda ən məşhur karqo şirkətlərinə Səfər Mehdiyev rəhbərlik edib. Səfər Mehdiyev tərəfindən yaradılmış şirkətlərdən biri "Vadi-4” MMC-dir. Bu şirkət gömrükdə xüsusi imtiyazlara sahib olub.
"Vadi-4" karqo daşımaçılıq şirkətidir. Bu karqo şirkəti məhsulları daha sürətlə gömrükdən keçirə bilib.
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?