Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus Naxçıvan Dəmir Yolları MMC gələn il yanvarın 1-dən sərnişin daşımalarını müvəqqəti dayandıracaq.
BUTA.TV xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, son vaxtlar ADY ölkəmizdə əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri aparır, dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində bir neçə mühüm layihələr həyata keçilir.
Görülən tədbirlərin davamı kimi, yüklərin vaxtında, tam təhlükəsiz mənzil başına çatdırılması, sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəmir yolu infrastrukturu möhkəmləndirilir və müasir standartlara cavab verəcək şəkildə yenidən qurulur. Odur ki, dəmir yolu ilə sərnişin daşımaları müvəqqəti dayandırılır.
- Məktəb bazarlığı başlayır: Minimum 150, maksimum isə...
- Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - Rəsmi
- Tiktokda ilk paylaşımını etdi, saxlanıldı
- Füzulidə Araz çayı boyunca güclü yanğın başladı
- Bakıda sərnişin avtobus sürücüsünü döydü - Video-Yenilənib
- Məşhur həkimin səs yazısı yayıldı: Müayinə üçün... - Video
- İlin toyuna geri sayım başladı - Messi də orada olacaq
- Dəfn pulu ilə bağlı rəsmi açıqlama