Deputatlar nazirə qarşı birləşdi - Əmrullayev yola salınır

12:27 - 18 Dekabr 2023 - CƏMİYYƏT

 Deputatlar nazirə qarşı birləşdi - Əmrullayev yola salınır

Fevralın 7-də keçiriləcək Prezident seçkilərindən sonra postunu itirəcək yüksəkrütbəli məmurların sırasında Elm və Təhsil naziri Emin Əmrullayevin də adı hallanır.

Gənc nazirin vəzifədən uzaqlaşdırılması üçün kifayət qədər səbəblərin olduğu bildirilir. 

BUTA.TV xatırladır ki, E.Əmrullayev son vaxtlar ən çox tənqid olunan hökumət üzvlərinin siyahısında birinci yeri tutur. Təhsil sektorundakı özbaşınalıqların ictimailəşdirilməsi Emin Əmrullayev üçün çoxsaylı problemlər yaradıb. Vəziyyət o həddə çatıb ki, hətta nazirin tabeliyində çalışan ayrı-ayrı məmurlar da nöqsanları dilə gətirməkdən çəkinmirlər. 

Təhsil problemləri institutunun şöbə müdiri Könül Aydının bu mövzuda sosial şəbəkələrdə etdiyi çıxışlar sözügedən sektorda əməlli başlı canlanma yaradıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, gənc nazirin yola salınmasını arzulayanların arasında Milli Məclisin bir neçə deputatı da var. Vaxtilə rektor, prorektor, AMEA-da yüksək vəzifə tutmuş bu şəxslərin nazirin fəaliyyətindən ciddi narazı olduqları bildirilir. 

Hətta onlardan bəziləri - Millət vəkilləri Etibar Əliyev, Ceyhun Məmmədov, Razi Nurullayev Emin Əmrullayevlə bağlı narazılıqlarını həm Milli Məclis tribunasında, həm də KİV-lərdə dəfələrlə dilə gətiriblər. 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi rəsmiləri ünvanlarına yönələn ittihamlarla çox vaxt razılaşmırlar. Onlar iddia edirlər ki, sözügedən parlamentarilərin narazılığı şəxsi xarakter daşıyır. Guya Milli Məclis üzvləri nazirdən öz yaxın qohumlarının xahişini etdikləri üçün tərəflər arasında anlaşılmazlıq yaranıb. 

Narazı deputatlar bu iddiaları təkzib etsələr də, tərəflər arasındakı gərginlik bu gün də davam edir. Məsələn, Etibar Əliyev nazirin təhsil siyasətinə etiraz əlaməti olaraq bir müddət əvvəl Elm və Təhsil Nazirliyi yanındakı İctimai Şura üzvlüyündən istefa verdi. İndi o, Emin Əmrullayevin iştirak etdiyi heç bir tədbirə dəvət olunmur. 

Bu ayrıseçkilik digər deputatlara münasibıtdə də özünü göstərir. Təhsil instututları Milli Məclisin deputatlarının çoxunun üzünə bağlıdır.

Aldığımız məlumata görə, millət vəkilləri öz narazılıqlarını hakimiyyətin ən yuxarı eşalonuna çatdırıblar. Emin Əmrullayevlə bağlı veriləcək qərarın qəbulunda narazı deputatların mövqeyinin də müəyyən rol oynadığı bildirilir. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol