Həkim reseptlərinin yeni qayda ilə yazılması üçün sistem tam hazırdır və 2024-cü il yanvarın 1-dən istifadəyə veriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzidən bildirilib. Qeyd edilib ki, dərman vasitələri həkimlər tərəfindən reseptə yazılarkən, onların ticarət adı deyil, yalnız təsiredici maddə və tərkibi qeyd edilməlidir:
"Həmçinin, “Dərman vasitələri haqqında” Qanuna müvafiq dəyişikliklərə əsasən, yanvar 2024-cü il tarixindən ölkədə elektron resept sisteminə keçid nəzərdə tutulub. Elektron resept sistemində həkimlər yalnız dərman vasitəsinin təsiredici maddəsinin adını qeyd etməli olacaqlar".
Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklik Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli fərmanı ilə təsdiq edilib və 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək