“Məni təhqir edənlərin çoxu Rusiyanın adamıdır, bir qismi də dindardır”

11:26 - 19 Dekabr 2023 - CƏMİYYƏT

 “Məni təhqir edənlərin çoxu Rusiyanın adamıdır, bir qismi də dindardır”

“85 faiz sosial şəbəkə istifadəçiləri mənim fikirlərimlə razıdır, dəstək verirlər. Sadəcə 15 faizlik kəsim əleyhimə danışır, onlara da diqqətlə fikir versəniz, görərsiniz ki, çoxu trolldur. Müəyyən troll komandası var ki, mən nədən danışsam, onlar mütləq əksini deyirlər. Bir çoxu Rusiyanın adamıdır, bir qismi də guya dindar şəxslərdir. Mən nədən danışsam, onlar ortaya çıxırlar və danışdığım mövzuya normal fikir bildirmək əvəzinə, birbaşa şəxsimə təhqirə keçirlər. Bəzi televiziya işçiləri də var ki, belə məqamlarda ortaya çıxır və müəyyən statuslar yazırlar”.

Bu sözləri BUTA.TV-a tanınmış şoumen, teleaparıcı Kamran Həsənli deyib. O, telekanalları tənqid etdiyi üçün onu günahkar çıxaranlara cavab verib:

“Mənim gördüyüm işlər göz qabağındadır, amma məcbur edirlər ki, özümdən danışım. Biz ortaya “Sizin saat” proqramı ilə çıxmışdıq. Həmin tok-şouda müəyyən mövzular müzakirə edilib və televiziya tarixində ilk dəfə iki janrı birləşdirmişdik. Həmişə də sözügedən verilişdə Turandan danışmışam, leytmotiv ondan ibarət olub. Hətta başqa kanallarda da məni təqdim edəndə “Türk oğlu türk” deyilib. Çünki türkçülüyü, Turançılığı efirə gəldiyim birinci dəqiqədən etibarən təbliğ etməyə başlamışam. İndi bəzən mənə deyirlər ki, sən ateistsən, amma mən bütün proqramlarımın sonunda “Tanrı sizi qorusun!” ifadəsini işlətmişəm. Ona qədər efirlərdə Tanrının adını çəkmirdilər. Tanrı sizi qorusun birbaşa türkçü devizidir. 

Bizim efirə gələn şəxslər bir dəfə efirə çıxmaqla bütün ölkədə məşhurlaşırdılar. “Sizin saat” tok-şousu efirə gedəndə hər kəs onu izləyirdi, axşam olanda hamı evinə gedib verilişi izləyirdi. Bizim verilişdə oturmaq üçün qapıda yüzlərlə, bəzən minlərlə adam gözləyirdi. Hətta xəbərim olmayıb, sonradan mənə demişdilər ki, qapıdakı polis onları içəri buraxmaq üçün müəyyən məbləğdə pul alırmış. Yəni biz bəziləri kimi tamaşaçıya pul vermirdik ki, gəl studiyada otur, tamaşaçı pul verirdi ki, içəri keçim oturum, canlı efirə baxım”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Bu günə qədər televiziyada gördüyü işləri xatırladan Həsənli efirdə bir çox yenilik etdiyini bildirib: 

“Sizin saat”dan sonra “Musiqili meydan” adlı başqa verilişlə efirdə oldum. Həmin verilişə heç kimin tanımadığı insanları çıxarırdıq və onlar çıxan kimi “partlayırdılar”. Qismət, Abbas, hətta Röya bu insanlardan olub. Həmin veriliş sanki ulduzlar fabriki idi. İndiyə kimi həmin proqramın kadrları izlənilir”.

Onun sözlərinə görə, son illər telekanallar müğənniləri nüfuzdan salıb: 

“Müğənniləri efirə çağırmaq ayıb deyil. Bu gün telekanallar müğənniləri elə hala qoyub ki, hamı elə bilir müğənnilik ən axırıncı sənətdir. Musiqiçilərin vergisi Allahdandır. Vaxtilə Mustafa Kamal Atatürk də bu haqda danışıb, deyib ki, hər biriniz millət vəkili, başbakan ola bilərsiniz, amma hər kəs sənətçi ola bilməz, bu, Allah vergisidir.

 Musiqiçilər göz önündədir, onları danlamağa nə var ki? Dərisi bir qəpiyə dəyməyən, intellektdən anlayışı olmayanlar bu gün onlara çamur atır”.

Bizim vaxtımızda hər müğənninin özünün fanat ordusu var idi. Çünki biz bu cür mənzərə yaratmışdıq. Müğənnilər əlçatmaz və sevilən şəxslər idi. Zamanla telekanallarımız cazı da, repi də, roku da, popu da məhv etdilər... musiqi zövqünü televiziya cilalamalıdır. Amma onlar insanların zövqünü korlayırlar, bütün musiqi irsimizi vurub dağıtdılar”. 

Bu gün bir söz danışanda, nəyisə tənqid edəndə başlayırlar şəxsiyyəti təhqir etməyə, mövzu isə qalır bir kənarda. Bu, yalnız geri qalmış mağara insanlarına xas olan xüsusiyyətdir”.

 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol