Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə Kiyevi deyil, həm də Avropa demokratiyasını təhdid edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Avropa Birliyinin (AB) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
O qeyd edib ki, Putin qalib gələrsə, AB layihəsi böyük zərər görəcək:
“Əgər biz tez bir zamanda kursumuzu dəyişməsək və bütün imkanlarımızı səfərbər etməsək, Putinin Ukraynadakı müharibədə qalib gəlməsinə imkan versək və Qəzzada faciəni dayandıra bilməsək, layihəmizə ciddi ziyan dəyəcək”.
Borrellin sözlərinə görə, məsələ qısa müddətdə Rusiyanın Ukraynanı cəbhə xəttində məğlub edib-etməməsi deyil, Avropanın Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün nə etdiyidir.
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər
- Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video
- Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım olacaq
- Sergey Narışkin Bakıya gəlib
- Məhkəmədə Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi
- “Zəfər” ordenli generala yüksək vəzifə verildi
- Qazaxıstan nümayəndələri Azərbaycan HHQ-ni ziyarət etdi – Foto