Azərbaycanda 2024-cü ilin ilk körpəsi dünyaya gəldi - Foto

01:46 - 1 Yanvar 2024 - GÜNDƏM

 Azərbaycanda 2024-cü ilin ilk körpəsi dünyaya gəldi - Foto

Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

TƏBİB-dən BUTA.TV-a verilən məlumata görə, 01.01.2024-cü il tarixində saat 00:01-də doğulan körpənin cinsi qız, boyu 45 sm, çəkisi 2 580 kq olub.

Doğulan uşaq ananın ilk hamiləliyi olub.

Qeyd edək ki, 24 yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə təcili olaraq qeysəriyyə əməliyyatına qəbul edilib.

Əməliyyat uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol