Kremlin “məntiqinə” görə Rusiya Ukraynanın cəbhə xəttindən uzaq şəhərlərinə, o cümlədən paytaxt Kiyevə, Odessaya raket zərbəsi endirə bilər, Ukraynanın isə Rusiyanın mövqelərinə zərbə endirmək ixtiyarı yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna ordusunun Rusiyanın hücumlarına cavab olaraq Belqoroda zərbə endirməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Kreml Ukraynanın Krım sahilindəki hərbi gəmisinə endirdiyi raket zərbəsinə cavab olaraq Ukraynanın bir çox şəhərinə kütləvi raket və dron zərbələri endirdi, mülki insanlar arasında ölənlər oldu:
“Ukrayna da buna cavab olaraq Rusiyanın Belqorod şəhərindəki müxtəlif obyektlərə zərbələr endirdi. Belqrododda da mülki insanlar arasında ölənlər var. Beləliklə, Rusiya-Ukrayna müharibəsi cəbhə xəttindəki döyüşləri aşıb, şəhərlərin bombalanması ilə bu il də davam edəcək. Kreml Ukraynaya dəstək verən Qərbdəki bəzi dairələrin yorğunluğunu nəzərə alaraq müharibənin Rusiyanın xeyrinə dəyişdiyini düşünərkən savaş yeni fazaya daxil olub”.
- BMT Ağdamdakı mina partlayışını araşdıracaq
- Ermənistan sülh sazişinə bunu salmaq istəyirdi - Video
- Ştaynmayerin Azərbaycana səfəri başa çatdı
- İlham Əliyev və Ştaynmayer konsertdə iştirak etdi
- Ev sahibləri barışıq şərtini açıqladı: Bu məbləğ ödənilsə...
- Ştaynmayer İçərişəhərlə tanış oldu - Foto
- Ştaynmayer Ağ Şəhərdə - Foto
- Məhərrəmov torpağımda dəbdəbəli villa tikib - Polkovnik