2024-cü il yanvarın 1-dən etibarən MDB-yə Rusiya sədrlik edəcək.
BUTA.TV xəbər verir ki, MDB-yə sədrlik Qırğızıstandan Rusiyaya keçib.
Qeyd edək ki, Vladimir Putin Rusiyanın sədrliyi müddətində iqtisadi sahədə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha aktiv keçid istiqamətində işi davam etdirəcəyini bildirib.
O, həmçinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin vacibliyini qeyd edib.
Digər məsələlərlə yanaşı, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsinə, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa diqqət yetirmək niyyətindədir.
- Masallıda zibil poliqonunda güclü yanğın başladı
- "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı
- Qaxda iki avtomobil toqquşdu: ölən və xəsarət alanlar var
- Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
- “Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı