Mixael Şumaxer və Fernando Alonso Formula 1 tarixinin ən nüfuzlu pilotları seçiliblər.
BUTA.TV xəbər verir ki, araşdırma Formula 1 dünyasında ən nüfuzlu beş fiqur” adı altında aparılıb.
Sürücülərlə yanaşı, trekdən kənarda F1 tarixinə təsir etmiş personajlar da “beşliy”ə düşüblər. Şumaxer və Alonsodan başqa, Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun, “Benetton” və “Reno”nun keçmiş rəhbəri Flavio Briatore və 1985-1993-cü illərdə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti olmuş Jan-Mari Balestrin də siyahıda var.
Fernando Alonso saf sürəti, parlaq şəxsiyyəti, 2007-ci ildə “McLaren”in heyətində Lyuis Hemiltonla rəqabəti, Mixael Şumaxer isə 7 titul qazanması, mübahisəli 1994-cü il mövsümü, “Ferrari”dəki üstünlüyü, detallara və fiziki hazırlığa diqqəti ilə digərlərindən fərqləndirilib.
- Masallıda zibil poliqonunda güclü yanğın başladı
- "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu
- Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanıldı
- Qaxda iki avtomobil toqquşdu: ölən və xəsarət alanlar var
- Vaqif Əsədovun qızı rəis vəzifəsindən azad olundu
- “Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı