Bu gün xalqımızın başı dikdir. Çünki torpaqlarımız azad olunub. Biz övladlarımızı itirsək də şərəfli ad qazandıq.
Axar.a xəbər verir ki, bu sözləri Report-a Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.
S.Həşimova fəxr edir ki, Azərbaycanın Polad Həşimov kimi generalı olub: "Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm. Ata-anasının başını dik edən oğullar sağ olsun".
Milli Qəhrəmanın anası onu da qeyd edib ki, bu gün Xankəndidə Azərbaycan bayrağı ucaldılıb: "Bayraqları ucaldan oğulların yeri behişt olsun! Allah şəhidlərimizə rəhmət eləsin! Bu gün qalib dövlət və qalib xalqıq. Biz övladlarımızı itirsək də şərəfli ad qazandıq. Xalqımız, Vətənimiz sağ olsun!”
Qeyd edək ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
- “Arpa işi”ndə icra başçısı sakinlərə uduzdu
- 50 milyondan çox insanın dili...
- Sumqayıtda fərdi yaşayış evində yanğın başladı
- “3783 manatı mənə ödəmək istəmirlər” - “VİVA-RİVA”dan şikayət
- Bilgəhdə 25 yaşlı gənc dənizdə batdı
- Bu şəxslərin pensiyası belə artırılacaq - Detallar
- Onlar bu gündən Azərbaycana vizasız gələ biləcəklər
- Bazar günü hava necə olacaq?