Bakının Binəqədi rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kamil Məmmədov və Qismət Nəcəfli müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir
- Mal ətinin qiymətində dəyişiklik oldu - Video
- Azərbaycanda ən populyar mobil telefonlar
- “Mənə aid bəzi fikirlər təhrif olunub” - Hikmət Hacıyev
- “Sabah”ın oyunu yubandı - Səbəb açıqlandı-Yenilənib