Azərbaycanda 7 baldan artıq zəlzələ... - Yetirmişli danışdı

20:08 - 3 Yanvar 2024 - CƏMİYYƏT

 Azərbaycanda 7 baldan artıq zəlzələ... - Yetirmişli danışdı

Yaponiya ilə Azərbaycanda baş verən zəlzələlər tamamilə fərqlidir. Birincisi, bizdə tektonik qırılmalarla bağlı bloklar arasında gedən proseslər fərqlidir. İkincisi, sunami söhbəti ola bilməz. Çünki Xəzər qapalı göldür. Sinoptiklərin məlumatına əsasən, Xəzərdə 3-5 metr dalğa qalxır. O dalğanın sahil boyu yaşayış məntəqələrinə heç bir fəsadı olmur. Zəlzələ vertikal təsir nəticəsində dalğanı qaldırır, sonra o dalğa sahil boyu yayılmağa başlayır.

BUTA.TV xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, Yaponiya subduksiya zonasında yerləşir:

"Şimal Buzlu okean bir tərəfdən, Avrasiya plitəsi bir tərəfdən, Sakit okean plitəsi bir tərəfdən, beləliklə, plitələr arasında gedən parçalanmalar böyük olur, onun da güclü təsiri yaranır.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

İyulun 4-də Xəzərdə baş verən zəlzələ ilə əlaqədar millət küçələrə tökülmüşdü. Orada 6 km uzunluğunda, Yaponiyada isə 100 km dərinlikdə subduksiya zonasında parçalanmalar gedib. Ona görə onun təsiri də, orada ayrılan enerjinin gücü də çox yüksəkdir. Bizdə ən böyük zəlzələni götürdükdə 1902-ci ili müqayisə edirlər. Rixter cədvəlinə əsasən, maqnitudası 6,9-7 bal olub.

Mən inanmıram ki, Azərbaycanda 7,6, 7,8 maqnitudalı zəlzələ baş versin. 6-7 bal arasında baş verən zəlzələlər tarixən də olub. 2000-ci il zəlzələsi də 6,2 maqnitudalı, 33 km dərinliyə malik olub. O qədər də böyük zəlzələ olmamışdı.

Bir sözlə, Yaponiyada, İndoneziyada, ümumiyyətlə, Sakit okeanda, Atlantik okeanda, Hind okeanında baş verən zəlzələlər tamamilə fərqlidir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol