ABŞ İrana himayə etdiyi husilərlə bağlı xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın BMT-də İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi səfir Kristofer Lu Şuran məlumat yayıb.
O bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin Tehranın iki yolu var: "Ya hazırkı mövqeyini saxlamaq, ya da husilərin hücumlarına dəstəyini geri çəkmək".
ABŞ rəsmisi Qırmızı dənizdə husilərin hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb.
Xatırladaq ki, husilər dekabrın 31-də Qırımızı dənizdə ABŞ-nin yük gəmisini ələ keçirməyə cəhd etdikdən sonra ABŞ qüvvələri ilə toqquşmada 10 üzvünü itirib. Ötən ilin noyabrın 19-dan bu yana 20-dən çox hücum həyata keçirilib. Həmçinin, yanvarın 3-də başqa bir ABŞ gəmisi hədəfə alınıb.
- Nazir ölümündən bir gün öncə onu ziyarət etmişdi... - Fotolar
- “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video
- Evdən 18 yaşlı gəncin meyiti tapıldı
- Bu binada cəmi 5 ailə qalıb - Onlar da şikayətçidir
- Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı