Dağıstanın Xasavyurt şəhərində Cabir adlı azərbaycanlı iş adamının qətlinin təfərrüatı məlum olub.
BUTA.TV xəbər verir ki, dekabrın 25-də iş adamını öz evində arvadı Röyanın döyərək öldürdüyü üzə çıxıb.
Milli.az-ın məlumatına görə, əvvəlcə qadın ərinin Dubaydan qayıtdıqdan sonra ailəliklə onun qayıdışını qeyd etdiklərini, bu zaman iki naməlum şəxsin evə girərək, Cabiri döyüb öldürdüyünü deyib. Lakin polis binadakı müşahidə videokameralarının çəkdiyi görüntüləri yoxlayanda məlum olub ki, həmin gecə evə heç bir " qonaq" gəlməyib.
Bundan sonra Röya qətli etiraf edib. "Cabir həmişə məni vəhşicəsinə döyürdü. Həmin gecə yatanda onu dəmir plintusla döyüb öldürdüm, qisasımı aldım", - o bildirib.
- Nazir ölümündən bir gün öncə onu ziyarət etmişdi... - Fotolar
- “İndi məni cərimələsələr, bunlar ödəyəcəklər 1 manatdan?” - Video
- Evdən 18 yaşlı gəncin meyiti tapıldı
- Bu binada cəmi 5 ailə qalıb - Onlar da şikayətçidir
- Prezidentdən Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı