“Aygün Hümmətovanın (“Bəylər” deməyin, yazmayın) həyat hekayəsi o qədər ağırdır ki, bəlkə də eşidənlər inanmaz. Elə bir serial, ya film yoxdur bənzətməyə...
Ondan o qədər insanlar fiziki, mənəvi və maddi istifadə edib”. “BUTA TV” xəbər verir ki, müğənni Nura Suri Xalq artisti Aygün Bəylər haqda sosial şəbəkə hesabında paylaşım edib. İfaçı bildirir ki, çox az insan mərhum Əməkdar artistə dəstək olub:
İndi hamı deyir, sənətkarı itirdik. Çox az adam ona bu həyatda dəstək olub.
Leyla Quliyevaya çox böyük təşəkkür düşür, ən çətin vaxtlarda ona dəstək oldu. Heydər Əliyev Fondu evinin borcunu bağladı, müalicəsini etdi. Leyla Quliyeva bu məsələlərdə vasitəçi oldu.
Vaxtı ilə mahnılarını oxuduğu Kəmaləddin Heydərov ona dəstək olmuşdu (maddi). Yəni, çox az adamın adı var ona dəstək olan.
Ondan istifadə edən insanların isə sayı-hesabı yoxdur. Saymaqla bitməz. İnsanlar onun qanını içib, həyatını bitirdi. Gözünü açandan bu dünyada insanlar ancaq əziyyət gördü. Gedəndə balasından nigaran getdi.
Bir qadına bu həyat niyə bu qədər dərd verib bilmirəm. Düşündükcə, dəli oluram.
Canan Aygünün əmanətidir. O dünyada heç olmasa, rahat olsun. Dövlət qurumlarından xahiş edirəm bu məsələyə ciddi yanaşsınlar. Aygünün əmanətini qorusunlar, oxutdursunlar, sahib çıxsınlar. 14 yaşlı uşağı - həm də qız uşağını tək qoymasınlar”.
- Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı