Ermənistan Ədliyyə Nazirliyi PUA-larla mübarizə məqsədilə avadanlıqlar alacaq.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. “Biz PUA-ların cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını almaq üçün İsrail istehsalı olan xüsusi avadanlıq almalıyıq”, - Minasyan bildirib.
Onun sözlərinə görə, müasir texnologiyalar kifayət qədər böyük məsafədən bir metrə qədər dəqiqliklə narkotiklərin cəzaçəkmə müəssisəsinin ərazisinə atılmasına imkan verir.
Qeyd edək ki, son vaxtlar dronlar vasitəsilə Ermənistandakı cəzaçəkmə müəssisələrinin ərazisinə narkotik vasitələrin atılması halları artıb.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı