Sənət aləmində nadir səsi və oxu tərzi olan Əməkdar artist Aygün Hümmətova (Bəylər) yanvarın 6-da vəfat edib. 48 yaşında həyata əlvida deyən sənətkarın özündən sonra geridə qalan 14 yaşlı qızının taleyi hər kəsi maraqlandırır.
BUTA.TV xəbər verir ki, Aygün Bəylər Almaniyada yaşayan və milliyətcə türk olan Rəsul Vilayət adlı musiqiçi ilə qeyri-rəsmi nikahda olub, 2009-cu ildə onların Canan adlı bir qızı doğulub. Vaxtilə mətbuatda yer alan materiallarda qızı doğulduqdan sonra onun atasının Azərbaycana gəlmədiyi, qızının üzünü görmədiyi barədə məlumatlar yer almışdı. Qızına Canan adı qoyan müğənni öz həyat yoldaşı ilə həmin il görüşə bilməyib.
Görüşə bilməməyinin səbəbi isə ölkə xaricində olan Rəsul Vilayətin Azərbaycana gəlməsində yaranan problemlər olub. Həyat yoldaşı sənədlərində problemlər yarandığı üçün Azərbaycana gələ bilməyib. Rəsulun o vaxtdan Almaniyada yaşadığı bildirilir.
Əslən Azərbaycandan olan Rəsul Vilayət də musiqiçi idi, o həm gitara və skipkada çalır, həm də mahnılar ifa edirdi. Aygün Bəylərin Rəsul Vilayətlə birgə duet ifaları da olmuşdu - onlar birgə mahnılar oxumuşdular.
Sonralar Aygün Bəylərin prodüseri Sultan Mustafayev onun yenidən ailə quracağı barədə, hətta toyun tarixinə qədər açıqlamışdı. Sənətçinin nazirlərdən birinin oğlu ilə ailə quracağı deyilirdi. Onun gəlinliyini Türkiyədən 30 min dollara gətirdiyi haqda məlumatlar da mətbuatda yer almışdı.
2017-ci ildə yayılan iddialar sonradan öz təsdiqini tapmadı.
Deyilən tarixdə toy baş tutmadıqdan sonra A.Bəylər verilişlərin birində bu xəbərin yalan olduğunu, sadəcə piar xatirinə məqsədli şəkildə yayıldığını etiraf etmişdi.
Müğənninin prodüseri daha sonra acılama verərək evlilik məsələsinin ciddi olduğunu, lakin müəyyən səbəblərdən alınmadığını bildirmişdi.
Qeyd edək ki, Aygün Bəylər bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.
6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirlib.
Əsmətxanım RZAZADƏ
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi