“Biz nə qədər Qarabağdakı rus hərbi kontingentinə “sülhməramlı” desək də, onlar Rusiya Cənub Hərbi Dairəsinin bir hərbi hissəsidir və Azərbaycana hərbçi olaraq göndərilib. Yəni komanda gəlmədiyi müddətcə, Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcəklər”.
Bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev söyləyib. O, antiterror əməliyyatından və Qarabağ ermənilərinin könüllü köçündən sonra Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma səbəbini izah edib.
“2020-ci ilin 10 noyabr sənədində də nəzərdə tutulub ki, 2025-ci ilin noyabrına 6 ay qalmış – münaqişə tərəflərindən biri bunun uzadılmasını istəməzsə, bu fəaliyyət avtomatik olaraq dayandırılacaq. Sülhməramlıları üçtərəfli bəyanatda göstərilən tarixə qədər Qarabağdan çıxmaqda maraqlı olmayacaqlar. Sülhməramlıların 2025-ci ildən daha erkən Qarabağdan çəkilib gedəcəklərini düşünmürəm. Rusiya öz imicini zədələməmək üçün hərbi kontingentinin fəaliyyətini müqaviləyə uyğun olaraq dayandıracaq”.
E. Şıxəliyevin sözlərinə görə, qarşıda ən azı il yarımlıq müddət var:
“Rusiya sülhməramlıları bu zaman ərzində öz fəaliyyətlərini formal da olsa, davam etdirəcəklər. Lakin hazırda iki tərəf arasında hansısa ciddi qarşıdurma olmadığı üçün rusların Qarabağda fəaliyyət göstərməsinin məntiqi yoxdur. Artıq həmin ərazilər nəzarətimizdədir.
Sülhməramlılar 2020-ci ildə Qarabağa gələndə onların sayı 1960 nəfər idi. İndi isə bu say Rusiya-Ukrayna müharibəsi fonunda çox azdır. Əslində, Rusiya-Ukrayna müharibəsi çərçivəsində həmin hərbçilərə ehtiyac daha çoxdur, lakin onlar Qarabağda mövcudluqlarını saxlamağa çalışırlar. Məncə, üçtərəfli bəyanatda göstərilən zamanı gözləməliyik.
- Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir