İsrail qırğınının dördüncü ayında Blinken “ayıldı”. Əslində o, HƏMAS-la müharibənin bu qədər uzanacağını düşünmürdü. O öz səfər turuna Türkiyə ilə başladı. Türkiyə mətbuatını diqqətlə oxusanız, görərsiniz ki, Blinken tonunu kökündən dəyişib. O, sonuncu dəfə noyabr ayında burada olarkən demişdi: “ABŞ Qəzzada atəşkəsə qarşıdır və hesab edir ki, HƏMAS-ı məğlub etmədən bu, yalnız problemi davam etdirəcək”.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko Blinkenin Türkiyə səfərinin səbəbini şərh edərkən deyib.
“İndi o, yalnız sülhdən danışır. Əgər əvvəllər Türkiyə danışıqlar prosesindən kənarlaşdırılırdısa, bu dəfə Ankara Yaxın Şərq turunda ilk ölkə oldu. Ərdoğanın HƏMAS ilə sıx əlaqələri var, bu da onun vəziyyətə təsir etmək üçün yaxşı imkanlara malik olması deməkdir. Amma türklər birmənalı cavab verirlər: “Qəzza və HƏMAS birdir və müqavimət hərəkatı Qəzzanı idarə edəcək”. ABŞ saysız-hesabsız müasir silah və maliyyə dəstəyinə baxmayaraq, Yaxın Şərqdəki quduz itinin bu qədər zəif olduğunu təsəvvür edə bilməzdi. Üç aydır ki, HƏMAS ilə döyüşdə heç bir nailiyyət yoxdur! Ancaq böyük personal itkiləri, avadanlıq itkiləri, iqtisadi çöküş, Netanyahunun devrilməsi ilə bağlı etirazlar... Bir tərəfdən də Livan Hizbullahı döyüşə hazırdır. İndiki şəraitdə ABŞ Ukrayna, Fələstin və Livan, qismən də İran və Suriyanın öhdəsindən gələ bilməyəcək. Blinken, ümumiyyətlə, sülhə çağırır”, - o bildirib.
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir
- Mal ətinin qiymətində dəyişiklik oldu - Video