Alimlər 2024-cü ilin 2023-cü ilin rekordunu qıracağını və ən isti il ola biləcəyini irəli sürüblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” yazıb.
“Qlobal temperatur Sakit okeanın ekvatorial hissəsində suyun səth qatında temperaturun dəyişməsi ilə əlaqəli olan El Nino təbii hadisəsindən təsirlənməyə davam edəcək. Milli Okean və Atmosfer Administrasiyasının baş elmi işçisi Maykl Makfadenin sözlərinə görə, Sakit okeanda suyun istiləşməsi ilə planetin səthinin temperaturunun yüksəlməsi arasında gecikmə var. Bu səbəbdən El Ninonun təsiri altında olan il əvvəlkindən daha isti keçir”, - məlumatda qeyd olunub.
Agentlik bildirib ki, insanın fəaliyyəti Yerin istiliyinə təsir göstərir:
“Xüsusilə yanacağın istifadəsi istixana qazlarının həcmini artırır. Planetin yüksək temperaturu normal iqlimi dəyişir və quraqlıqlara, daşqınlara, meşə yanğınlarına və tufanlara səbəb olur. 2023-cü il ən isti il olub. Xüsusilə iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında temperatur rekordları qırılıb. 2023-cü ildə Yerin temperaturu sənaye inqilabından əvvəlki dövrlə müqayisədə təxminən 1,4 dərəcə artıb. 2024-cü ildə alimlər bu rəqəmin 1,3-1,6 dərəcə olacağını proqnozlaşdırırlar”.
- Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi
- Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi
- Ərdoğandan Zəngəzur açıqlaması: Problem yoxdur…
- İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan
- İlham Əliyev Pekində belə qarşılandı - Video
- İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video
- Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı
- İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…