BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, FAO indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb. Dekabr ayında dünyadakı ərzaq qiymətlərinin indeksi əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, şəkərin qlobal qiymətlərində kəskin azalma baş verib.
Maraqlıdır, ərzaq qiymətlərindəki ucuzlaşma Azərbaycan bazarına da təsir göstərə bilərmi?
BUTA.TV bildirir ki, iqtisadçı-ekspert Xalid Kərimli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, dünya bazarında bir sıra məhsulların qiymətinin ucuzlaşdığına diqqət çəkib:
"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı dünyada aylıq olaraq ərzaq qiymətlərinin müqayisəli statistikasını verir. Son hesabatına görə, 2022-ci illə müqayisədə 2023-cü ildə qiymət səviyyəsi orta hesabla 13,7 faiz aşağı olub. FAO indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb.
Dekabr ayında dənli bitkilərin qiymət indeksi artıb. Xüsusilə, düyü qiymətlərində artım müşahidə edilir. Bu da Hindistanın düyü ixracının məhdudlaşırma tədbirlərindən sonra oldu. Düyü qiyməti demək olar, hər ay artır. Düyünün qiyməti il ərzində 21 faiz yüksəlib. Ancaq bu indeksin müxtəlif komponentləri var.
Məsələn, tərəvəz yağlarında 1,4 faiz azalma var. Şəkərin qiyməti noyabr ayı ilə müqayisədə dekabrda 16,6 faiz aşağı düşüb. Buna baxmayaraq, ötən ilin dekabrı ilə müqayisədə təqribən 15 faiz daha yüksəkdir. Ət qiymətləri indeksində də 1 faizlik eniş müşahidə edilir. Ət qiymətləri ötən ilin dekabrı ilə müqayisədə 2 faizə yaxın azalıb".
Ekspert əlavə edib ki, bu qiymətlər Azərbaycan bazarına da təsir göstərir:
"Bunun üçün 6-9 aylıq müddət tələb olunur. Çünki bu, hazırda birja qiymətləridir. Birjalarla müqavilələr bağlanır. Daha sonra çatdırılma şərtləri və müddəti 6-9 ay çəkir. Qiymətlərə təsirin müddətini İqtisadiyyat Nazirliyi hesablayıb. Azərbaycanda ilk dəfə olaraq 2023-cü ilin noyabrında qiymətlər 0,2 faiz azalıb. Bunun da əsas səbəbi 0,4 faizlik ərzaq qiymətlərinin azalmasıdır. Güman edirəm ki, biz bu müddət ərzində ərzaq qiymətlərində azalmanı müşahidə edəcəyik".
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi