Bakıda daha bir silahlı şəxs saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Masallı rayon sakini əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ziya Ağayev saxlanılıb.
Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Z.Ağayev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər
- Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
- Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi
- “Port Baku”da yanğın olub - Video-Yenilənib
- Astaranın dağ kəndləri qazlaşdırılır - Video
- Bu nazirliyin maşınlarının sayı artırıldı – Qərar
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video