"Hibrid Yaşıl Dəhlizlər" çox funksiyalı olacaqlar. Burada təkcə yaşıllıq nəzərdə tutulmur, insanların piyada hərəkəti, velosiped zolaqları təşkil olunur. Bu dəhlizlər vasitəsilə nəqliyyat və mühəndis kommunikasiyalarının ötürülməsi nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.
"Hibrid Yaşıl Dəhlizlər"dən biri kimi Dənizkənarı Milli Parkdan "Port Baku" yerləşən ərazidən başlayaraq ADA universitetinin ərazisinə qədər uzanan bir dəhlizin yaradılması Baş Planda nəzərdə tutulur. Bu dəhlizdə paytaxt sakinlərinin istirahətini, əyləncəsini təşkil edən çoxlu sayda funksiyalar nəzərdə tutulub. Həmçinin, oradan tramvay xəttinin keçirilməsi də planlaşdırılır. Digər istiqamətlər üzrə də "Hibrid Yaşıl Dəhlizlər"in yaradılması planlaşdırılır, xüsusilə magistral avtomobil yolları boyu belə dəhlizlər nəzərdə tutulur, - deyə sədr müavini əlavə edib.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi