Oğuzda evləri yanıb kül olan məcburi köçkün ailələrinə yardım olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Oğuz rayon bölməsinin müdiri Yaqub Abbasov məlumat verib.
Komitənin yerli nümayəndəsi bildirib ki, zərərçəkən ailələrə ölkənin digər şəhər və rayonlarında ev təklif olunub:
"Lakin onlar uşaqlarının burada oxumasını, iş yerlərinin, qohum-əqrabalarının burada yaşamasını əsas götürərək razılıq verməyiblər. Komitə tərəfindən digər tədbirlər görülür, onların məskunlaşması üçün işlər aparılır və qısa müddətdə məskunlaşdırılacaqlar".
Evi yanan Aftandil Piriyev bildirib ki, yanğın baş verən an evdə olub və yaşlı anasını çətinliklə xilas edib:
"Qoca anamı zorla evdən çıxardım. Tüstü məni boğduğundan heç mobil telefonumu götürə bilmədim. Hər şeyimiz yandı, bütün sənədlər, qızıllar və əşyalar".
Qeyd edək ki, dünən Oğuzda 4 ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi