Qanunsuz ağac emal edən sexlər aşkarlandı

20:34 - 13 Yanvar 2024 - GÜNDƏM

 Qanunsuz ağac emal edən sexlər aşkarlandı

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ekoloji qaydaların, təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilib.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Qax rayonunda keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ağac emalı sexi, Uzuntala kəndində yerləşən sexdə isə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması aşkar edilib. Qeyd olunan hər iki faktla bağlı araşdırmalar aparılır.

Həmçinin Baş İdarə əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı Cəlayir kəndi ərazisində qanunsuz qum daşıyan şəxs müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol