İranın Oman sahillərində ələ keçirdiyi gəmiyə İraqdan idxal edilən türk xam nefti yüklənib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin əsas neft emalı zavodu olan “Tüpraş” bildirib.
Bildirilib ki, Yunanıstana məxsus olan və “Tüpraş”ın neftini daşıyan gəmi ilə radio əlaqə cümə axşamı Oman sahillərində İstanbul vaxtı ilə səhər saat 06:30 radələrində kəsilib.
Məlumatda vurğulanıb ki, tanker İraqın dövlət neft tədarükçüsü SOMO-dan alınmış xam nefti daşıyıb və İraqın Bəsrə şəhərindən Türkiyənin qərbindəki Əliağa limanına gedirmiş.
İran isə bildirib ki, aprel ayında Süveyş boğazında baş vermiş pozuntu və İran neftinin ABŞ tərəfindən oğurlanmasının ardınca adı dəyişdirilən “Müqəddəs Nikolas” neft tankeri məhkəmə qərarı və Limanlar və Gəmiçilik Təşkilatının icazəsi ilə cavab tədbiri olaraq ələ keçirilib”, – Mehr yazıb.
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər
- Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
- Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi
- “Port Baku”da yanğın olub - Video-Yenilənib
- Astaranın dağ kəndləri qazlaşdırılır - Video
- "Bank BTB"nin lisenziyası ləğv edildi
- Bu nazirliyin maşınlarının sayı artırıldı – Qərar
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video