Ukrayna və Böyük Britaniya arasında imzalanan müdafiə sektorunda əməkdaşlıq haqqında saziş iki ölkə arasında yaxın 10 il ərzində bu sahədə əməkdaşlığı nəzərdə tutur.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib.
"Bu, 10 il müddətinə hərbi yardım haqqında uzunmüddətli sazişdir. Bu müqaviləyə müdafiə sektorunda islahatlara dəstək də daxildir", - deyə Umerov vurğulayıb.
O, həmçinin bildirib ki, Böyük Britaniya Ukraynanın NATO-ya daxil olmasına kömək edəcək:
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
"Bu razılaşma NATO-nun 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitində elan edilmiş bəyannamələrin praktiki nəticəsidir.
Böyük Britaniya bizə Rusiyanın iqtisadi aktivlərindən istifadəni davam etdirməyə, yəni Böyük Britaniya ərazisində yerləşən Rusiya aktivlərini dondurmağa kömək edəcək. Sonda bu saziş bizim bütün müdafiə imkanlarımızın hərtərəfli inkişafının gücləndirilməsidir. Biz bu müqavilə üzrə və müdafiə sənayesi sahəsində çalışacağıq”.
Qeyd edək ki, yanvarın 12-də Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniya Baş naziri Rişi Sunakın görüşü zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalanıb.
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı
- Bunu diqqətdən kənarda qoymamalıyıq, çünki... - Prezident
- Sahibə Qafarova Arakçı ilə görüşdü
- Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: təhlükə...
- Bu icra məmurları ilə bağlı mühüm qərar verildi