Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Hələlik raketin və onun uçuşunun detalları barədə məlumat yoxdur. Bununla belə, Cənubi Koreyanın müdafiə naziri Şin Von-Şik ötən həftə “Yonhap” agentliyinə müsahibəsində KXDR-in yaxın günlərdə bərk yanacaqla işləyən ortamənzilli ballistik raket sınağı keçirə biləcəyini, ayın sonunda isə uzaqmənzilli raket buraxa biləcəyini açıqlamışdı.
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə ötən il dekabrın 18-də Yapon dənizi istiqamətində bərk yanacaqla işləyən “Hvasong-18” qitələrarası ballistik raketini buraxmışdı.
- Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
- Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi
- “Port Baku”da yanğın olub - Video-Yenilənib
- Astaranın dağ kəndləri qazlaşdırılır - Video
- "Bank BTB"nin lisenziyası ləğv edildi
- Bu nazirliyin maşınlarının sayı artırıldı – Qərar
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video
- Sosial məzuniyyət kimlərə şamil edilir?