Bu tarixdən tez sülh olmayacaq - Rusiyalı milyarder

19:14 - 14 Yanvar 2024 - GÜNDƏM

 Bu tarixdən tez sülh olmayacaq - Rusiyalı milyarder

Ukraynada mayın 25-dən əvvəl sülh gözlənilmir.

BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı iş adamı Oleq Deripaska öz Telegram kanalında yazıb.

O xatırladıb ki, Dünya İqtisadi Forumu Davosda öz işinə başlayır və təşkilatçıların fikrincə, əsas mövzu Yaxın Şərq və Ukraynada sülhə dair danışıqlar olacaq.

Deripaska vurğulayıb ki, ABŞ forumda ən yüksək səviyyədə təmsil olunacaq - dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan iştirak edəcək.

Eyni zamanda, milyarder Rusiya nümayəndə heyətinin olmayacağından Ukraynadakı vəziyyətlə bağlı söhbətin konstruktiv nəticə verməyəcəyindən təəssüfləndiyini bildirib.

“Biz mayın 25-dən əvvəl sülhü gözləməli deyilik. Gündəmdə həmçinin Qəzza zolağında münaqişə var. Onun həlli ABŞ-la BƏƏ, Qətər və İsraillə birlikdə müzakirə olunacaq”, - o qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol