Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.
BUTA.TV xəbər verir ki, mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.
Mərkəzin "www.secki-2024.az" saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.
Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.
Mərkəzin həm Feysbuk səhifəsi, həm də Teleqram kanalı aktiv fəaliyyət göstərir.
- Astaranın dağ kəndləri qazlaşdırılır - Video
- "Bank BTB"nin lisenziyası ləğv edildi
- Bu nazirliyin maşınlarının sayı artırıldı – Qərar
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video
- Sosial məzuniyyət kimlərə şamil edilir?
- Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar
- Baş nazirdən əhalinin siyahıyaalınması ilə bağlı qərar
- Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi