SEPAH zabitlərinin korrupsiya faktları ifşa edildi

16:16 - 15 Yanvar 2024 - GÜNDƏM

 SEPAH zabitlərinin korrupsiya faktları ifşa edildi

SEPAH-ın Kəşfiyyat Təşkilatının bir qrup müstəntiqinin böyük iş adamlarından külli miqdarda rüşvət aldıqlarını əks etdirən məhkəmə sənədləri ifşa olub.

BUTA.TV xəbər verir ki, bu barədə “İran İnternational” kanalı məlumat yyaıb.

Sənədlərdə SEPAH-ın Kəşfiyyat Təşkilatının müstəntiqi Məhəmməd Mehdi Badinin İranın “polda kralı” kimi tanınan iş adamı Rəsul Danialzadədən 400 min dollar və 60 min avro rüşvət aldığı göstərilir.

Bununla yanaşı, həmin müstəntiqin Tehranın “İstiqlal” klubunun idarə heyətinin keçmiş sədri, “Gilan Grand Hotel”in sahibi İsmayıl Xəlilzadədən də yüz minlərlə dollar rüşvət aldığı qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol