Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, xidmətə yeni gələn çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.
Bütün hərbi hissələrdə şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir. Əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla yüksək kalorili, keyfiyyətli yeməklər hazırlanır.
Çağırışçılar hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin tələbləri barədə ətraflı məlumatlandırılır. Onlarla maarifləndirici və fərdi söhbətlər aparılaraq, psixoloji xüsusiyyətləri öyrənilir.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla fərdi hazırlıq məşğələləri keçirilir.
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video
- Sosial məzuniyyət kimlərə şamil edilir?
- Baş nazirdən əhalinin siyahıyaalınması ilə bağlı qərar
- Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi
- Magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbi...
- Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət
- İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq
- 150 balla qəbul mümkün olan ixtisaslar - Rəsmi