Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təminatı bərpa olunub.
Bu barədə BUTA.TV-a Azərişıq ASC-dən məlumat verilib.
Bildirilir ki, hazırda qurum cənub rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır.
“İki gün ərzində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Cəlilabad, Masallı, Lənkəran və Astaranın elektrik təsərrüfatında böyük fəsadlar yaradıb. Yağan qarın ağırlığı və külək çox sayda ağacların aşaraq xətlərin üzərinə düşməsinə səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində şəhər mərkəzlərində bəzi küçə və məhəllələr, eləcə də bəzi kəndlər işıqsız qalıb”, - deyə “Azərişıq”dan bildirilib.
Qeyd olunub ki, Səhmdar Cəmiyyətin regionlardan əməkdaşları və paytaxtdan ərazilərə göndərilən qəza xidmətinin əməkdaşları ilk gündən iş başındadırlar:
“Əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər. Qarın ağırlığına tab gətirməyərək aşmış ağacların müəyyən qurumlar tərəfindən təmizlənməsi əlavə vaxt tələb edir. Buna baxmayaraq qəza xidmətlərimiz qəza baş vermiş ərazilərdə işləri fasiləsiz davam etdirir. Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təmin olunub. Bəzi dağ kəndlərində 0,4 kV-luq xətlərin bərpası tamamlanmaq üzrədir. Qeyd edilən kəndlərdə yaxın saatlarda elektrik enerjisinin verilişi tamamilə bərpa ediləcək”.
- 50 min miqrant şəhərə soxuldu: ölənlər var - Video
- Sosial məzuniyyət kimlərə şamil edilir?
- Mehriban Əliyeva Qırğızıstanda sağlamlıq və reabilitasiya mərkəzində - Fotolar
- Baş nazirdən əhalinin siyahıyaalınması ilə bağlı qərar
- Soydaşımız Almaniyada yüksək vəzifəyə seçildi
- Magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbi...
- Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət
- İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq