SSRİ-də heç kimin heç nəyi bölməməsi və birgə işləməsi düzgün addım idi.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Putinlə görüşdə Ukrayna və Baltikyanı ölkələrlə bağlı fikirlərini bildirərkən deyib. Lukaşenkonun sözlərinə görə, Belarus tərəfi Rusiyada heç bir problem görmür:
"Yenə də qeyd edirəm: Ukrayna və Baltikyanı ölkələrin bizimlə işləməsinə nə mane oldu? Bu bizim dünyamızdır, biz onu bir neçə onilliklər ərzində qurmuşuq, hamımız birlikdə dəhşətli müharibədə qalib gəlmişik.
Biz bu istiqamətdə hərəkət etməliyik. Amma xeyr, istəmirlər. Onlar dənizlərdən o tayda daha yaxşı həyat axtarırlar.
Ukrayna Belarus və Rusiya ilə əməkdaşlığa qayıdacaq. Bizə qayıdacaqlar, getməyə yerləri yoxdur".
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı