Vardanyan barədə qərar verildi

09:32 - 29 Yanvar 2024 - KRİMİNAL

 Vardanyan barədə qərar verildi

Separatçı milyarder Ruben Vardanyanın apellyasiya şikayətinə baxılıb.

BUTA.TV xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ruben Vardanyan barədə cinayət işinin istintaqı davam edir.
Məlum olduğu kimi, R.Vardanyan barəsində həbs qətimkan tədbirinin müddəti Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə uzadılıb.

Həmin qərardan R.Vardanyanın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilmiş proses nəticəsində məhkəmənin qərarı elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyanın barəsində həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, BBC bu yaxınlarda qalmaqallı milyarder Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol