Masallı rayonunun Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə BUTA.TV-a Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı qeyd olunan müəssisənin 2021-2023-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Birliyin vəzifəli şəxs(lər)i tərəfindən qanunla nəzərdə tutulandan artıq və əsassız ödənişlərin aparılması yolu ilə dövlət büdcəsinə məxsus ümumilikdə 104 min manatdan artıq pul vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) maddələrilə cinayət işi başlanılmaqla istintaq aparılır.
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir
- Mal ətinin qiymətində dəyişiklik oldu - Video
- Azərbaycanda ən populyar mobil telefonlar