Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla hakim “Mülki Müqavilə” partiyasının nümayəndələri arasında münasibətlər gərgin inamsızlıq zonasına keçib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Paşinyanın rəhbərlik etdiyi siyasi birlikdə qərbyönül Qriqoryanla əvvəlki isti münasibət artıq yoxdur. Hamı görür ki, Qriqoryan Qərbdə seçilir və hətta Paşinyanın varisi sayılır. Nikol Qərbin tələblərini yerinə yetirməsə, yəni Azərbaycanla sülh sazişi imzalamaqdan boyun qaçırsa və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman onun yerinə bu planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə həyata keçirəcək Qriqoryanın keçəcəyi istisna edilmir. Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdi, amma indi Qriqoryanın Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb”.
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib
- İran və Azərbaycan sərhəddə gömrük rejiminin formatını dəyişir
- Mal ətinin qiymətində dəyişiklik oldu - Video
- Azərbaycanda ən populyar mobil telefonlar