"Neuralink" neyrotexnologiya şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətin rəhbəri, iş adamı İlon Mask X sosial media hesabındakı paylaşımında bildirib. Onun sözlərinə görə, çip insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək. Bərpa prosesinin yaxşı getdiyini bildirən Mask ilk nəticələrin ümidverici olduğunu vurğulayıb.
Mask bildirib ki, bu çipdən ilk olaraq əzalarını istifadə etmə qabiliyyətini itirmiş insanlar yararlanacaq.
Qeyd edək ki, “Neuralink” 2023-cü ilin may ayında beyin çipi layihəsinin insan üzərində sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən razılıq almışdı.
Əvvəllər meymunlar üzərində aparılan sınaqlar uğurlu alınıb.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...